İran onlara SÖZ VERDİ: müharibə başlasa, hər vasitə ilə dəstək verəcəyik

Baxılıb:299
İran onlara SÖZ VERDİ: müharibə başlasa, hər vasitə ilə dəstək verəcəyik

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, İran şiə Hizbullah hərəkatını bütün vasitələrlə dəstəkləyəcək.

Bunu İranın ali dini liderinin müşaviri və İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi “Financial Times” (FT) qəzetinə müsahibəsində deyib.

Xərazinin sözlərinə görə, genişmiqyaslı qarşıdurma halında Livan xalqı, ərəb ölkələri və üzvləri İsrailə qarşı mübarizədə Livana dəstək verəcək.

“Bu vəziyyətdə bizim Hizbullaha hər vasitə ilə dəstək olmaqdan başqa çarəmiz olmayacaq”, – o deyib.

Eyni zamanda İran liderinin müşaviri qeyd edib ki, heç kim münaqişənin qızışmasında maraqlı deyil.

“Müharibənin genişləndirilməsi nə İranın, nə də ABŞ-ın maraqlarına uyğun deyil”, – deyə Xərazi yekunlaşdırıb.

Xatırladaq ki, iyun ayında İsrail Müdafiə Qüvvələri (IDF) Livanda hücum üçün əməliyyat döyüş planlarını təsdiqlədiyini açıqlayıb. Hərbçilər işğal planlarının təsdiqləndiyini açıqlayıblar. Hizbullah da öz növbəsində müharibə olacağı təqdirdə bütün İsraili vuracağı ilə hədələyib.


Abunəlik