Bu dərmanlardan uzaq durun – Ölüm riskini artırır

Baxılıb:68
Bu dərmanlardan uzaq durun – Ölüm riskini artırır

ABŞ-da aparılan son tədqiqatlar multivitamin əlavələrinin ömrü uzatmadığını, hətta bunlardan istifadə edənlərin ölüm riskinin daha yüksək olduğunu ortaya çıxarıb. 

ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçılarının apardıqları araşdırma belə deməyə əsas verir.

Tədqiqatçılar 390 min 124 yetkin insanın məlumatlarını araşdırıb. Onlar multivitaminlərin erkən ölüm riskini azaltdığına dair heç bir dəlil tapmayıb. Lakin bu cür əlavələr qəbul edən insanların ölüm riskinin 4 faiz daha yüksək olduğunu qeyd ediblər.

Mütəxəssislər buna ehtiyacı olan insanların vitamin əlavələrini ayrıca qəbul etmələrinin zərərli olmadığını bildirirlər. Məsələn, dəmir və ya B vitamini çatışmazlığından əziyyət çəkən insanların onları əlavə olaraq qəbul etmələri normaldır.

Qeyd edək ki, araşdırma “JAMA Network Open” jurnalında dərc olunub.


Abunəlik