Milli Məclis buraxıldı: Seçkilərin vaxtı açıqlandı – SƏRƏNCAM
Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
1. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin.