Ermənistan ya dövlət kimi məhv olacaq, ya da… – İrəvanda sensasiya yaradan ssenari

Baxılıb:74
Ermənistan ya dövlət kimi məhv olacaq, ya da… – İrəvanda sensasiya yaradan ssenari

ABŞ dövlət katibi Ceyms Obraynın son açıqlaması Ermənistanda narahatlıq yaradıb. Obrayn bildirib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və bunu aradan qaldırmaq üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır.

“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”, – deyən amerikalı diplomat Bakıda bunu Prezident İlham Əliyevlə müzakirə edəcəyini qeyd edib.

Erməni ekspertlər bütün bunların Ermənistanın dövlət kimi yox olması ilə nəticələnəcəyini düşünürlər.

Erməni politoloq Armen Bağdasaryan hesab edir ki, ABŞ üçün Cənubi Qafqazda üç, yaxud iki dövlətin olması o qədər də maraqlı deyil.

“ABŞ-ın məqsədi Çin və Rusiyanı oyundankənar vəziyyətə salmaqdır və bu məqsədə çatmaq yolunda Ermənistanın mövcud olub-olmaması onlar üçün o qədər də önəmli deyil. Qərb üçün bizim regionda 3, yaxud 2 dövlətin olması və ya bu dövlətlərin hansının ərazisinin nə qədər olacağı, yaxud kiçiləcəyi o qədər də əhəmiyyətli deyil. Bu, onlar üçün ikinci-üçüncü dərəcəli məsələdir.

Onlar üçün maraqlı olan Rusiyanın bu regionda mövcudluğunun başa çatmasıdır. Qərb bu prosesdə Ermənistan üzərindən hərəkət etsə də, hər şey Bakı və Ankaradan asılıdır, çünki bu iki ölkə olmadan heç nəyə nail ola bilməyəcəklərini anlayırlar. Ona görə də ABŞ əsas danışıqları Türkiyə və Azərbaycanla aparır. Azərbayacan da Ermənistandan güzəştlər tələb edir, bu həm dəhlizlə bağlıdır, həm də ərazilərlə. Qərbə də Ermənistanın dövlət kimi qalıb-qalmayacağı, ərazisinin nə qədər kiçiləcəyi maraqlı deyil”, – erməni politoloq iddia edir.


Abunəlik