ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı sensasion açıqlama: Obrayen Bakıya gəlir – Əliyevə nə çatdıracaq?
ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
Diplomat bu mövzuya Bakıya gözlənilən səfəri kontekstində toxunub.
Obrayen qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və bunu aradan qaldırmaq üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır.
“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”, – diplomat izah edib.
Obrayen əlavə edib ki, səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevə “sülhün vaxtının yetişdiyini” çatdıracaq.