İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib

Baxılıb:234
İqtisad Universitetinin müəllimi faizə pul verib icra məmuru ilə əlbir olaraq vətəndaşın evini ələ keçirib

“Azərbaycan Reallığı”na müraciət edən Mustafayeva Məlahət bildirir ki, 8 il bundan öncə müəyyən səbəblərə görə həyat yoldaşı Yaşar Mustafayev İqtisad Üniversitetinin zam dekanı Vüsal Quliyevdən notariat vasitəsi ilə 221 min manata imza ataraq 160 min manat faizə pul götürüb.

Həmin puldan 68 min manatını qaytarıb. Vəziyyətimiz çətinləşdi, pulun yerdə qalan hissəsini verə bilmədik. Ondan gözləməsini xaiş etdik amma gözləmədi. Getdi Nərimanov rayon icra şöbəsinin rəisi Zaur Abdullayev və natariusla əlbir olaraq pul müqavilində girov kimi qoyduğumuz evi hərraca çıxardılar.

Şəhərin mərkəzində olan 800 minlik evimə əvvəl 300 min manat qiymət qoydular, sonra 250 min manat oldu. Öz aralarında qapalı hərrac keçirib evi özləri ələ keçirdilər. Məsələ ilə bağlı məhkəməyə müraciət etmişik, indi məhkəmənin qərarı olmadan gəlib məni 800 minlik evimdən məcburi çıxarırlar.

Həyat yoldaşım hazırda ölkədə deyil, müəyən vasitələrlə onun ölkə çıxışına da stop qoydurub barəsində axtarış qərarı verdiriblər. İndi o ölkəyə qayıdarsa həbs edəcəklər. Evimin bütün əşyalarını Nərimanov rayon icra şöbəsinin əməkdaşlarının iştırakı ilə çölə atırlar. Deyirəm, mənim evimi boşaltmaq haqqında məhkəmənin qərarını gətirin göstərin, icra şöbəsinin əməkdaşları deyir qərar yoxdur.

İcra şöbəsinin rəisi Zaur Abdullayev belə göstəriş verib. İqtisad Üniversitetinin zam dekanı və müəllimi icra şöbəsinin rəisi ilə əlbir olub sual edən yoxdur ki, bu universitet müəllimi ayda nə qədərpul qazanır?

Bu qədər pulları haradan əldə edib? Millətin evini yıxıb bu cür faizə pul verərək bir neçə nəfərin evini qanunsuz yollarla ələ keçiriblər – deyə şikayətçi Məlahət Mustafayev bildirir.

“Azərbaycan Reallığı” olaraq yazda adı hallanan hər kəsin mövqeyini tanıyırıq


Abunəlik