Quru sərhədlər bu tarixdə açılır?

Baxılıb:109
Quru sərhədlər bu tarixdə açılır?

Sərhədlərin açılması müvəqqəti nəzərdə tutula bilər. Amma hələki belə bir tələb ortaya qoyulmayıb.

Bu sözləri millət vəkili Fazil Mustafa quru sərhədlərin COP29 ərəfəsində açıla biləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə bir qərar yalnız COP29 ərəfəsində bəlli olacaq:

“Bu tədbirə çox sayda insan gələcək. Belə bir şəraitdə sərhədlərin açıq olması yəqin ki, bir zərurətə çevriləcək. Amma quru sərhədlər Operativ Qərargahın mülahizələri əsasında bağlı saxlanılır. Hökumət bu istiqamətdə hansısa bir addım atmağı nəzərdə tutmur. Görünür, müəyyən mənada virus və başqa təhlükə səbəbindən bağlı saxlanır. İndi o situasiyada doğru və optimal qərar veriləcək. İndidən qəti bir söz demək tezdir”.


Abunəlik