İran yenə də qaşınmayan yerdən “qan çıxartmaq” istəyir: Zəngəzur dəhlizi…

Baxılıb:100
İran yenə də qaşınmayan yerdən “qan çıxartmaq” istəyir: Zəngəzur dəhlizi…

İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.

Bu barədə İranın Xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani CNN Türk-ə müsahibəsində bildirib.

O, “Zəngəzur dəhlizi” ilə bağlı sualı cavablandırarkən bu haqda danışıb.

“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir, bununla belə, Tehran regionun demoqrafiyasını və regionun sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”, – Kani vurğulayıb.

Yada salaq ki, İrəvan rəsmiləri dəfələrlə bəyan ediblər ki, nəqliyyat əlaqələrinin açılması məsələsində “dəhliz məntiqi” olmamalıdır.


Abunəlik