Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir – Nə baş verir?

Baxılıb:203
Türkiyə ilə Rusiya bu məsələ ilə bağlı razılıq əldə edə bilmir – Nə baş verir?

Hazırda Rusiyadan Türkiyəyə bank köçürmələri ilə bağlı problemin həlli ilə bağlı heç bir əsaslı dəyişiklik yoxdur.

Buy barədə “RİA Novosti” “Ziraat” dövlət bankının Ankaradakı nümayəndəsinin sözlərinə istinadən məlumat yayıb.

O qeyd edib ki, indiyədək tərəflər bu problemin həllində heç bir irəliləyişə nail ola bilməyiblər. “Vəziyyətə təsir edən heç bir əsaslı dəyişiklik yoxdur” deyə Türkiyə Dövlət Bankının nümayəndəsi yekunlaşdırıb.

O əlavə edib ki, bu problemin həlli ilə bağlı konkret vaxt da verə bilməz.

Rusiya ilə Türkiyə arasında ödəniş köçürmələri ilə bağlı problem bir neçə aydır ki, davam edir. Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov hələ 2024-cü ilin mart ayının əvvəlində belə çətinliklər barədə məlumat vermişdi . Onun sözlərinə görə, ölkələr arasında bəzi köçürmələr həyata keçirilir, lakin yerli şirkətlərin və bankların Qərb ölkələrinin ikinci dərəcəli sanksiyaları altına düşməsi riski səbəbindən xeyli sayda əməliyyatlar ləngiyir.


Abunəlik