Türkiyədə zəlzələ oldu
Türkiyənin Kahramanmaraş şəhərində 4,3 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31-də) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Göksun rayonunda olub.