Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Baxılıb:99
Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) növbəti dəfə üzv seçilib.

BMT Baş Assambleyasında İqtisadi və Sosial Şuraya 2025-2027 dövrü üzrə keçirilən seçkilərdə Azərbaycan 148 səslə Şuranın üzvü olub.

Qeyd edək ki, ECOSOC BMT və onun ixtisaslaşmış qurumlarının iqtisadi, sosial sahələrdə əməkdaşlığını koordinasiya edən başlıca orqanlardan biridir.

ECOSOC BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.


Abunəlik