İstanbul valisindən çökən bina ilə bağlı ilk AÇIQLAMA: 7 nəfər yaralı halda xilas edilib

Baxılıb:104
İstanbul valisindən çökən bina ilə bağlı ilk AÇIQLAMA: 7 nəfər yaralı halda xilas edilib

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.

İstanbul valisi Davud Gül hadisə yerinə baxış keçirib, daha sonra jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, dağıntılar altında qalan 7 nəfər yaralı halda xilas edilib. Onlardan 2-sinin vəziyyəti ağırdır.

“Dağıntılar altında daha 2 nəfərin olduğu bildirilir. Xilasetmə işləri davam etdirilir. Ölüm faktı yoxdur”, – deyə vali qeyd edib.

Qeyd edilib ki, naməlum səbəbdən çökən bina 1988-ci ildə tikilib. Çökən bina park halındakı avtomobillərin üzərinə düşüb. Yoldan keçən avtobusa da ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Abunəlik