Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Baxılıb:152
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.

Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülür. Ailələrdən səkkizi (31 nəfər) Bakı şəhərində, ikisi (altı nəfər) isə Abşeron rayonunda məskunlaşmışdı, Sumqayıt (dörd nəfər), Mingəçevir (dörd) şəhərləri, habelə Bərdə (beş), Oğuz (beş), Ağdam (iki) rayonlarının isə hər birindən bir ailə köçürülür. Mingəçevir şəhəri, həmçinin Ağdam, Bərdə və Oğuz rayonlarında məskunlaşmış dörd ailə (16 nəfər) yaşadıqları ərazidən yola salınacaq. Onlar Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra yurdlarına qayıtmasına imkan yaranıb. Onlar əraziləri işğaldan qurtaran Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.


Abunəlik