Rəisinin yerini o tutacaq: Yeni prezident İran-Azərbaycan münasibətlərini dəyişəcək?

Baxılıb:109
Rəisinin yerini o tutacaq: Yeni prezident İran-Azərbaycan münasibətlərini dəyişəcək?

İranın növbəti prezidenti olmağa iddialılar mayın 30-dan etibarən seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürə biləcəklər.

Namizədlərin qeydiyyatı 4 gün davam edəcək. İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident vəfat etdikdə, vəzifəsindən azad olunduqda, istefaya getdikdə, iki aydan çox müddətdə iş başında olmadıqda, ciddi xəstəliyi bəlli olduqda, prezidentlik müddəti başa çatsa da, yeni prezident seçmək mümkün olmadıqda Birinci vitse-prezident prezident səalhiyyətlərini müvəqqəti icra edir. Parlament sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət Şura maksimum 50 gün ərzində yeni prezidentin seçkisini təşkil etməlidir.

İran qanunlarına görə, namizədlər bir sıra şərtlərə cavab verməlidirlər, o cümlədən dörd il ərzində ümummilli səviyyədə dövlət, hərbi və ya inzibati vəzifələrdə çalışmalıdırlar ( icraedici məhkəmə və qanunverici hakimiyyət təmsilçiləri, Milli Təhlükəsizlik Şurasının üzvləri, Texniki İqtisadiyyatın Təhlil Şurasının üzvləri, Ölkənin Dini Məktəbləri İdarəetmə Mərkəzinin direktoru, dövlət təşkilat və idarələrinin və ya ictimai təşkilatların rəhbərləri, ümummilli dövlət qurumları, habelə silahlı qüvvələrin yüksək rütbəli komandirləri, Azad İslam Universitetinin rektoru, valilər, əhalisi iki milyondan çox olan şəhərlərin merləri və Qəyyumlar Şurasının Diaqnostikasına əsasən oxşar vəzifələrdə olan şəxslər).

Prezident vəzifəsini icra edə bilmək üçün namizədin həm də sağlam olması lazımdır. Namizədlik üçün ərizə verərkən namizədlərin minimum yaşı 40, maksimum yaşı isə 75-dir.

Dini lider Əli Xameneiyə yaxın olan hakim çevrə artıq ona sədaqət və tabelik kimi keyfiyyət və xüsusiyyətlərə malik “baş” varisin seçilməsi kampaniyasına başlayıb.

“Nyu-York Tayms”-n ehtimalına görə ki, Mahmud Əhmədinejad hökuməti dövründə İranın baş müzakirəçisi və Xameneiyə yaxın olan Səid Cəlili qarşıdan gələn seçkilərdə uğur qazanmaq üçün əsas namizədlərdən biridir. “Keyhan” qəzetinin baş redaktoru, Xameneiyə yaxın sayılan Hüseyn Şəriətmədari rejimin növbəti prezidentin xüsusiyyətlərini müəyyən etdiyini irəli sürərək deyib: “Əlbəttə, İran xalqı rəhbərlə pis münasibətdə olan birini seçməyəcək”.

Şəriətmədari seçkilərin qaliblərinin müəyyən edilməsində düzgün proqnozları ilə tanınır. Bu da onun İranda siyasi proseslərə nəzarət edənlərlə sıx bağlı olduğunu təsdiqləyir.

“Nyu-York Tayms”-da Cəlilinin adının çəkilməsi və Şəriətmədariyə istinad edilməsi onun İran prezidenti seçiləcəyi fərziyyəsini gücləndirir. O, son seçkilərdə Rəisinin lehinə istefa verdiyinə görə, indi onun Rəisi hökumətində çoxlu tanışları və yaxın adamları var.

Məsələn, mərhum prezident İbrahim Rəisinin köməkçisi Möhsün Mənsuri Səid Cəliliyə çox yaxın simalardan biridir, ikinci yaxın şəxs İran nümayəndə heyətinin Qərblə danışıqlarına rəhbərlik edərkən Cəlilinin köməkçisi olmuş Əli Bağiri Kanidir. Əli Bağiri Kani Xamenei ailəsi ilə qohumdur, hazırda Abdullahianın qəzada həlak olmasından sonra xarici işlər naziridir. Cəlili həmçinin fundamentalist hərəkat olan “Davamlılıq Cəbhəsi” adlanan qrupdan da dəstək alır. Bu qrup əvvəlki parlament seçkilərində mühüm qələbələr qazanaraq çoxlu sayda namizədini parlamentə keçirə bilib.

Bununla belə, müşahidəçilər hesab edirlər ki, əsas seçki intriqası islahatçı və ya fundamentalist hərəkatlar arasında deyil, bu dəfə fundamentalistlərin öz arasında gedəcək. Bu fundamentalist fiqurlar arasında hazırkı parlament sədri Məhəmməd Baqir Qalibaf, parlamentin keçmiş spikeri Əli Laricani və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani mümkün namizədlər kimi nəzərdən keçirilir, onların hamısının Ali Rəhbər Əli Xamneyinin ailəsi ilə sıx əlaqələri var.

Digər namizədlərə gəlincə, Təbrizdən olan islahatçı deputat və prezident Məhəmməd Xatəmi hökumətinin keçmiş səhiyyə naziri Məsud Pezeşkian seçkidə iştirak edəcəklərini açıqlayıb. İranın müvəqqəti prezidenti Məhəmməd Moxber, mühafizəkar siyasətçi Pərviz Fəttah və İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın da adları hallanır. Mahmud Əhmədinejad prezidentliyə mümkün namizədin şərtlərini araşdırdığını bildirib. İran mediası Əhmədinejadın bir qrup tərəfdarı ilə seçkilərə dəvət olunduğu söhbətin videosunu yayıb.

Güman ki, yeni prezident Rəisi kimi radikal mühafizəkar biri olacaq, islahatçı namizədin Konstitusiyanı Qoruma Şurasından keçməsi çətin olacaq.

Adətən, İran dünyaya yeni mesaj vermək istəyəndə, Qərblə normallaşmaya ehtiyac duyanda islahatçı prezident seçilir. İndi İran daha çox Rusiya, Çin və qlobal Cənuba yönəlib, belə xarici siyasət kursu izlənərkən Rəisidən daha da sərt xətt tərəfdarı birinin gəlmə ehtimalı daha çoxdur.

Seçkidən sonrakı seçki

İndi hazırkı liderin oğlu Müctəba Xameneinin atasının yerinə İranın ən mühüm postuna gətiriləcəyi gözlənilir. Keçmiş spiker Əli Laricani kimi bir sıra tanınmış namizədlərin vəzifədən kənarlaşdırılmasından, İranın keçmiş prezidenti Haşimi Rəfsəncani və tanınmış din xadimləri Mahmud Haşimi Şahrudi və Məhəmməd Məsbah Yəzdi kimi digərlərinin ölümündən sonra zəmin hazırlamış ola bilər.

Qəzanın bizə mümkün təsirləri necə ola bilər?

İran və ərəb KİV-lərində qəzanın Azərbaycanla bağlama cəhdlərini şərh etmədən sırf regional proseslərə diqqət yetirmək istərdik.

Çox güman ki, İranın indiki keçid hakimiyyəti 50 günlük prezident seçkilərinin sonuna qədər daxili nizamını müvəqqəti qaydaya salmaq üçün özünə qapanaraq prezident seçkilərinə gedəcək. Buna görə də, bəzi xarici fayllar, məsələn, baş vermiş hadisədən əvvəl elan edilmiş müzakirələr də qarşıdakı dövr üçün dondurula bilər.

Əsas rəy belədir ki, xarici siyasətin ümumi konturları saxlanılacaq. Rəisi və Abdullahiandan sonra İranın regional və beynəlxalq münasibətlərində dəyişikliklərin olacağı ehtimalı azdır. Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürüldükdən sonra İranın xarici siyasəti dəyişmədi. “Almadain” qeyd edir ki, Rəisi sanksiyaların neytrallaşdırılması, qonşularla münasibətlərin prioritetləşdirilməsi, siyasətdə və iqtisadiyyatda şərqə doğru hərəkəti özündə əks etdirən xarici siyasət formalaşdırıb.

O, Asiyaya və Hindistanla razılaşmaya, eləcə də Çinlə münasibətlərə doğru hərəkət etdi və əsas dəyişiklik Rusiya ilə güclü əlaqələr idi. Azərbaycan İran münasibətlərinə gəlincə, Livan “Hizbullah”ının nəzarətində olan nəşrə görə, Bakı İsraili Azərbaycan torpaqlarını istismar etməyə çağırmaqla regionda qüvvələr balansını dəyişib və ictimai anti-İran mövqeyi tutub. “Azərbaycan sərhədi yaxınlığında İsrail aviabazasının (bu, yalan informasiyadır – C.Q) və Türkmənistanda İsrail səfirliyinin İran sərhədindən 17 kilometrdən çox olmayan məsafədə olması o deməkdir ki, İsrail Qafqaz və Mərkəzi Asiyada İranın mühasirəyə alıb”.

Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qoblun fikrincə isə İran və Azərbaycan qısa və ortamüddətli perspektivdə daha da yaxınlaşacaq və daha çox məsələlərdə razılığa gələcəklər.


Abunəlik