Ermənistanla Gürcüstan arasında ƏLAQƏ KƏSİLDİ

Baxılıb:65
Ermənistanla Gürcüstan arasında ƏLAQƏ KƏSİLDİ

Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

Buna səbəb Ermənistandakı əlverişsiz hava şəraiti səbəb olub.

Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.

Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.

Xatırladaq ki, Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.


Abunəlik