Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?

Baxılıb:105
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, – baş mühəndis deyib.


Abunəlik