Xarkova RAKET HÜCUMU: 11 nəfər öldü, 40 nəfər yaralandı

Baxılıb:80
Xarkova RAKET HÜCUMU: 11 nəfər öldü, 40 nəfər yaralandı

Rusiya ordusu Xarkovda “Epicenter” hipermarketinə raket zərbəsi endirib.

Bu barədə şəhərin meri İqor Terekov məlumat yayıb.

Hücum nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb. Həmçinin, daha 17 vətəndaşın adı itkin düşənlər siyahısına salınıb.

Terekovun sözlərinə görə, raket tikinti hipermarketinə düşüb. Yerli hakimiyyət orqanları yaralıların və ölənlərin dəqiq sayının müəyyənləşdirildiyini və sayının dəyişə biləcəyini bildirir.

Raket hücumu nəticəsində ticarət mərkəzinin binasına ciddi ziyan dəyib, bəzi insanlar dağıntılar altında qaldıqları üçün itkin düşmüş hesab edilir.

Hücum nəticəsində yanğın da baş verib.


Abunəlik