İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI

Baxılıb:98
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Bu barədə İran Seçki Qərargahından məlumat verilib.

Qərargahın mətbuat katibi Möhsün Eslami bildirib ki, seçkilərdə iştirak edəcək namizədlər mayın 28-dən qeydiyyata alınacaq.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb.

İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək prezidentin səlahiyyətlərini Birinci vitse-prezident, yəni Məhəmməd Moxber icra edəcək.


Abunəlik