Abşeron icra başçısının həbs təhlükəsi

Baxılıb:225
Abşeron icra başçısının həbs təhlükəsi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurması, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilir.
Bunun nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edən İcra başçıları həbs edilir.
Əslində İcra başçılarının həbsi digərlərinə də dərsolmalıdır, amma göründüyü kimi, bəzi icra başçıları bundan narahat olmur və öz qeyri-qanuni əməllərini davam etdirirlər.
Məsələ o yerə çatıb ki, artıq vətəndaşlar müxtəlif rayonların icra başçılarının qanunsuz əməllərinə sosial şəbəkələrdə etiraz bildirirlər. Bu vətəndaşlardan biri də Shahana Sari adlı facebook istifadəçisidir. O, öz şəxsi hesabında Abşeron Rayon İcra Hakimiyyətinin İcra hakimi İradə Gülməmmədova ilə bağlı tənqidi qeydlərini yazıb.
Sfera.az xanım istifadəçinin qeydlərini oxucularına təqdim edir:
“Özbaşınalıq edən digər icra başçılarına da sıra gələcək. Sırada: Abşeron İH başçısı var.
Qəsr 1 MTK-nın təhlükəsizlik qaydalarını pozması ilə bağlı ona səlahiyyət verən, sərəncamlar imzalayan İradə Gülməmmədovanı yaxından tanıyanlar ona salamımı çatdırsın.
Tezliklə bütün sənədlər aidiyyati qurumlara və dövlət başçısına təqdim olunacaq. Şəxsi mülkə aid ərazinin yarım metrliyində təhlükəsizlik qaydalarını ciddi surətdə pozaraq, tikilən 7 mərtəbəli yaşayış kompleksinin hesabı sorulacaq.
Bu günədək məhz xanım olduğu üçün susduq, gözlədik.”
Qeyd edək ki, Shahana Sarinin paylaşması reaksiyasız qalmayıb. 30-dan çox Facebook istifadəçisi onun durumunu bəyənib, 6 nəfər şikayətçini dəstəkləyən rəylər yazıb, 3 nəfər isə sözügedən durumu öz şəxsi hesabında paylaşıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir