Küçələrdə dilənçilik edən 300-dən çox uşaq aşkarlanıb,valideynləri cəzalandırılıb
Ötən il polisin keçirdiyi reydlər zamanı 342 azyaşlının küçə həyatına məruz qalması, o cümlədən dilənçilik etməsi və qeyri-qanuni qulluğa cəlb olunması aşkarlanıb.
Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Bildirilib ki, onları hüquqazidd əməllərə təhrik edən 345 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.
Həmçinin qeyd edilib ki, icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, sosial problemlərinin həlli məqsədilə 504 material göndərilib.