Maqnit qasırğası zamanı bunları etmək olmaz – XƏBƏRDARLIQ

Baxılıb:231
Maqnit qasırğası zamanı bunları etmək olmaz – XƏBƏRDARLIQ

Rusiyalı terapevt Andrey Kondraxin maqnit qasırğası zamanı hər hansı stimullaşdırıcı vasitələrdən istifadəni və siqareti dayandırmağı tövsiyə edib.

NEWS.ru-ya müsahibəsində həkim Yerin geomaqnit sahəsində pozulma zamanı edilən tipik səhvləri sadalayıb.

Kondraxin qeyd edib ki, ən çox edilən səhvlərdən biri qəhvə, çay, güclü spirtli içkilər və digər stimullaşdırıcı məhsullar qəbul etməkdi. Çünki bu maddələr maqnit qasırğaları zamanı orqanizmin onsuz da məruz qaldığı stressi artırır.

Həkim intoksikasiya riskini minimuma endirmək üçün sağlam həyat tərzi keçirməyi tövsiyə edib.

“Oyanmaq üçün aktiv olaraq qəhvə və ya çay içməməlisiniz, çünki bu, bədən üçün əlavə stressə səbəb olur”, – həkim deyib.


Abunəlik