Hippokrat andının haqqını verən həkim

Baxılıb:246
Hippokrat andının haqqını verən həkim

Azərbaycan səhiyyəsi son zamanlar xüsusiə icbari tibbi xidmətin tətbiqindən sonra yeni inkişaf yoluna qədəm qoyub. Səhiyyədə tətbiq edlən son yeniliklərlə yanaşı, tibbi personalın münasibəti də peşəkarlıqla yanaşı, mənəvi dəyərlərə söykənir. Dövlətin yaratdığı imkandan yararlanan səhiyyə yeni dövrünü yaşayır.Belə peşəkar fəaliyyəti ilə seçilən həkimlərdən biri də ümumi cərrahiyyə uzmanı Alim Əkbərovdur. Bu mütəxəssisin adı xüsusilə 44 günlük Vətən müharibəsi dönəmindən yaxşı tanışdır. Müharibə veteranlarına xüsusi diqqəti ilə seçilən Alim Əkbərov öz peşəkar fəaliyyəti dövründə çox sayda insanı ölümün pəncəsindən xilas edib, onları yenidən həyata qaytarıb.Hələ müharibə dönəmindən yaxşı tanıdığım bu həkimə həyatımı etibar etməyimin bir səbəbi də onun peşəkarlığı ilə yanaşı, vətənpərvərliyi və mənəvi dəyərlərə münasibəti idi. Məhz Alim Əkbərovun tibbi bacarığı, onunla birlikdə əməliyyatda iştirak edən tibb personalının peşəkarlığı sayəsində yenidən həyata qayıtdım. Hər bir pasiyentə təkcə həkim kimi yox, həm də dost kimi yanaşan Alim Ələkbərov Hippokrat andının haqqını verən mütəxəssisdir. Onun indiyəqədərki peşəkar fəaliyyətində qarşılaşdığı ən çətin anlardan belə tibbi biliyinə, təcrübəsinə dayanaraq çıxması Azərbaycan səhiyyəsində özünəməxsus yeri olduğunu söyləməyə əsas verir.Buna görə də həyatımın bu dönəmində göstərdiyi böyük əzmkarlq və peşəkarlığa görə Alim Əkbərova, bütün tibb personalına dərin təşəkkürümü bildirir, fəaliyyətində uğurlar arzulayıram.

Vətən müharibəsi iştirakçısı B.Rəşad


Abunəlik