İmişlidə Milli Qəhrəman Ailəsinin Torpağı Əlindən Alınır – ŞOK HADİSƏ

Baxılıb:136
İmişlidə Milli Qəhrəman Ailəsinin Torpağı Əlindən Alınır – ŞOK HADİSƏ

XəbərAl.az xəbər verir ki, İmişli rayonu Qulubəyli kəndində anadan olmuş, Şəhid polis Milli Qəhrəman İmamverdi Əliyevə məxsus torpaq sahəsi ailəsinin əlindən alınır.

Şəhid Milli Qəhrəman İmamverdi Əliyevin yaxınları XəbərAl.az saytına müraciət edərək, Bələdiyyə tərəfindən rəsmi qayda ilə verilən tikinti üçün 100 kv m torpaq sahəsinin yararlı olduğuna baxmayaraq, tikinti tikməyə mane olurlar.

Belə ki, şikayətçi Əliyev Elməddin bildirir ki, İmişli rayon sakinləri Ələsgər Məmmədov və Babayev Emin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beylaqan Ərazi idarəsi ilə əlbir olaraq öz xeyirlərinə rəy alaraq tikintini dayandırıblar.

Hansı ki, İmişli rayon icra hakimiyyəti tikinti üçün  203 nömrəli icazə sənədi verib.

Sərəncam

Həqiqətən bu özbaşınalıq həm Milli Qəhrəman ailəsinə, həm də bütün Azərbaycan xalqına hörmətsizlikdir.

XəbərAl.az Əliyev Elməddin Əbülfət oğlunun saytımıza ünvanladığı şikayət məktubunu sizlərə olduğu kimi təqdim edirik:

İnanırıq ki, İmişli sakinlərinin arasında olan torpaq problemi yaxın günlərə öz həllini düzgün formada tapacaqdır.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.


Abunəlik