Baxçalıdan ÇEVRİLİŞ SİQNALI – Ərdoğan təcili toplantı keçirdi

Baxılıb:95
Baxçalıdan ÇEVRİLİŞ SİQNALI – Ərdoğan təcili toplantı keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş təhlükəsi ilə bağlı məlumatların ortaya çıxmasından sonra təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili toplantı keçirib.

Bu barədədə “Türkiye Gazetesi” məlumat yayıb.

Qeyd edilib ki, ölkə lideri Beştəpədə yerləşən prezident iqamətgahında Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunçla təcili olaraq gecə saatlarında görüş keçirib.

Bundan əvvəl Ankara Təhlükəsizlik Müdirliyində polislər işdən çıxarılıb. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal məlumatları ələ keçirmək üçün işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.

Prezidentin müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdəki fraksiya iclasında bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün çevriliş cəhdinin olduğunu göstərə bilər. Bununla əlaqədar olaraq, Baxçalı səlahiyyətliləri yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə kifayətlənməməyə çağırıb.

“Türkiye Gazetesi”nin məlumatına görə, böyük ehtimalla Türkiyə lideri bu məsələ ilə bağlı parlamentdə hakim partiyanın mayın 15-də keçiriləcək geniş tərkibdə iclasında çıxış edəcək.

Qeyd edək ki, mayın 1-də İstanbulda keçirilən nümayişlərdən sonra 40-a yaxın adam həbs edilib.


Abunəlik