Bu gün işğalın 100 illiyidir- Şahin Cəfərli yazır

Baxılıb:206
Bu gün işğalın 100 illiyidir- Şahin Cəfərli yazır

Əliheydər Qarayevin Cümhuriyyət parlamentindəki çıxışlarını oxuyuram. Adama elə gəlir ki, hansısa Avropa ölkəsinin parlamentidir, çıxışçı isə müxalifətdəki demokrat siyasətçilərdən biridir.
Çox aktivdir (deyilənə görə, yaxşı natiq imiş), hər məsələyə münasibət bildirir, hökuməti tənqid edir, mətbuat azadlığından, xalqın hökumət üzərində nəzarətinin vacibliyindən dəm vurur. Müsavatı diktatura qurmaqda ittiham edir, Əli Bayramovun qətli ilə bağlı deyir ki, əliniz qana batıb, buna görə cavab verəcəksiniz filan…
İşğaldan sonra qızıl ordunun süngüləri üzərində, Nərimanovun rəhbərliyi ilə qurulan xunta mahiyyətli hökumətdə Ə.Qarayev əmək və ədliyyə üzrə xalq komissarı olur. Amma hüquq və azadlıqlar barədə sözlər əlbəttə ki, yaddan çıxır, qan gövdəni götürür.
Ümumazərbaycan Sovetlər Qurultayı adlı təkpartiyalı, tamamilə formal, parlamentfason bir orqan yaradırlar, 1938-ci ilə qədər bu orqan əvvəl ildə bir dəfə, sonra iki-üç ildən bir toplanır. Təbii ki, orada hər hansı plüralist mühitdən, alternativ fikirdən, qaynar debatlardan söhbət gedə bilməzdi.
1937-1938-ci illərdə dəhşətli repressiya maşınının çarxları arasına Azərbaycan bolşeviklərinin digər görkəmli simaları kimi, Əliheydər də düşür. İşğalın 18-ci ildönümü ərəfəsində, 1938-ci il aprelin 24-də güllələnir…
İndi çoxumuz hesab edirik ki, öz yaratdıqları canavarın qurbanı olan bu adamlar layiq olduqları aqibəti yaşadılar. Amma soyuqqanlı düşünəndə, yaxud neytral müşahidəçi kimi yanaşanda Azərbaycanın ilk kommunist elitasının məhvinin də bizə zərər vurduğunu anlamaq olur.
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir