Bu gün Mingəçevir şəhərində avtomobil yanıb
AzTimes.az-ın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.
“Opel” markalı minik avtomobili qəfil alovlanmağa başlayıb.
Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yararsız hala düşən avtomobilin xəstəxanada çalışan həkimlərdən birinə məxsus olduğu bildirilib.
Əlibala ƏSGƏROV /AzTimes.az/