Türkiyədə əcnəbilərə qarşı sərt tələb – Ərdoğana müraciət edildi
Ankara Sənaye Palatasının (ASO) prezidenti Seyit Ardıç Türkiyə hakimiyyətinə sənaye sektoru ilə bağlı təhlükə ilə bağlı xəbərdarlıq edib. Söhbət, “sənaye sektorunun ehtiyac duyduğu resursları mənimsəyən və dövlətin demoqrafik strukturunda ixtilaf yaradan bacarıqsız immiqrantlardan gedir”.
Bu barədə “Sözcü” nəşri məlumat yayıb.
Seyit Ardıç Türkiyənin daxili təhlükəsizliyinə təhdidlərin artdığını da xatırladıb.
ASO rəhbərinin sözlərinə görə, ixtisassız immiqrantlar istehsala töhfə vermir, əksinə, ölkənin resurslarını aktiv şəkildə istehlak edirlər, baxmayaraq ki, Türkiyə iqtisadiyyatını inkişaf etdirmək üçün ixtisaslı işçi qüvvəsinə ehtiyac duyur.
“Ölkəmiz bu gün ehtiyac duyduğu və ortamüddətli perspektivdə ehtiyacı gözlənilən hədəf bölgələrdə, sektorlarda, peşələrdə bacarıqlı immiqrantlara diqqət yetirməli və bacarıqsızların qəbulunu məhdudlaşdırmalıdır”, – türk sənayeçisi qeyd edib.
Bununla bağlı Sənaye Palatası rəsmi Ankaradan İmmiqrasiya İdarəsi əvəzinə İmmiqrasiya Nazirliyi yaratmağı xahiş edir.