Paşinyan səfərini ləğv etdi və Rusiya haqda gizli… – İrəvanda nə baş verir?

Baxılıb:85
Paşinyan səfərini ləğv etdi və Rusiya haqda gizli… – İrəvanda nə baş verir?

Ermənistanda revanşistlərlə kilsənin birlikdə həyata keçirdiyi “Tavuş hərəkatı” hakim komandada narahatlığa səbəb olub. Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi hərəkat İrəvana doğru piyada yürüş edir.

Hazırda Ermənistanda hər an partlaya biləcək vəziyyət hökm sürür.

“İravunk” nəşri mənbələrinə istinadən yazır ki, baş nazir Nikol Paşinyan öz komandasının da nəzarətdən çıxa biləcəyindən narahatdır.

“Mənbənin sözlərinə görə, Paşinyanı küçə hərəkatından daha çox, öz komandası maraqlandırır. Çünki proseslərin inkişafında komandasının qarşı tərəfə keçməsi təhlükəsi var. Bunun qarşısını almaq üçün Paşinyan “etibarsız üzvlərlə” izahedici söhbətlərin aparılmasını tapşırıb. Buna baxmayaraq, hakim komandanın bəzi üzvləri müxalifətlə gizli əlaqələrin qurulması haqqında düşünməyə başlayıb. Onlar istəyir ki, hakmiyyət çevrilişi olarsa, “Nikola qarşı çıxan qəhrəmana çevrilsinlər”, – nəşr qeyd edir.

Nikol Paşinyanın bu gün mətbuat konfransı keçirəcəyi gözlənilir. “Hraparak” nəşri iddia edir ki, hakim komandaya sosial şəbəkələrdə aktiv olmaqla bağlı tapşırıq verilib.

“Bu tapşırıqlardan biri belədir ki, “Tavuş hərəkatı”nın arxasında Rusiyanın dayandığı, keşiş Qalstyanın Moskvanın adamı olduğu fikirləri yayılsın”, – nəşr yazır.

“Joxovurd” qəzeti isə yazır ki, baş verənlər Nikol Paşinyanın proqramını dəyişməsinə məcbur edib.

“Paşinyan bazar günü Karen Dəmirçiyan adına idman kompleksində futzal üzrə çempionlar liqasının final oyununda iştirak etməli idi. Lakin bundan imtina edib. Mənbələrimizin məlumatına görə, buna səbəb İrəvanda hökm sürən gərginlik və ictimai narazılıq dalğasıdır”, – qəzet iddia edir.

Ermənistan mediasında yayılan məlumatlar İrəvanda xaosun gözlənildiyini deməyə əsas verir.


Abunəlik