Sabirabadda bədbəxt hadisə
Sabirabad rayonuun Qaragüney kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Seymur Rauf oğlu dəm qazından zəhərlənib.
AzTimes.az-ın bürosunun məlumatına görə, yaxınları tərəfindən Şirvan şəhər xəstəxanasına çatdırılan 27 yaşlı gənc reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyi nəticəsində xəstə ağır vəziyyətdən çıxarılıb. Hazırda xəstənin müalicəsi davam edir.