Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
Mayın 2 və 3-də Günəşdə iki güclü partlayış baş verib.
Bu səbəblə Yaponiya, Çin və Avstraliyada qısadalğalı radio rabitəsində fasilələr yaranlb.
Mayın 2-si Bakı vaxtı ilə 07:22-də ən güclü – “X” kateqoriyalı ilk püskürmə baş verib. Daha zəif “M” sinfinə aid növbəti partlayış isə mayın 3-də Bakı vaxtı ilə 13:00-da qeydə alınıb.
“X” sinfinə aid partlayış indiki günəş siklində ən böyük 11-ci partlayış hesab olunub.