Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Baxılıb:138
Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Tədbirdə polis əməkdaşları, RİH-nin nümayəndəsi Kamran Sədullayev, RMX-nın həkimi Təranə Şinqarova və məktəbin müəllimləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisinin müavini, polis polkovnik-leytenantı Ceyhun Osmanov bütün dünyada “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb.

Daha sonra RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Ramik Nəzərov “Erkən nikah və onun fəsadları” mövzusunda çıxış edib.
O, qızların yeniyetmə vaxtlarında ailə qurmasının risklər yaratdığını faktlarla əsaslandıraraq, şagirdlərin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, inkişaf etmələrinin vacibliyindən danışıb, onlara çoxlu mütaliə etməyi, mükəmməl təhsil almağı tövsiyə edib, gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.

Tədbirdə çıxış edən digər iştirakçılar keçirilən görüşün mahiyyətindən danışaraq, təşkilatçılığa görə Rayon Polis Şöbəsinə təşəkkürlərini bildiriblər.

Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik