Günəşdə PROSES BAŞLADI: maqnit qasırğası xeyli gücləndi

Baxılıb:111
Günəşdə PROSES BAŞLADI: maqnit qasırğası xeyli gücləndi

Yüksək günəş alovları hazırda Yer kürəsində tüğyan edən maqnit qasırğasını xeyli gücləndirib.

Bu barədə TASS Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzinə istinadla məlumat yayıb .

Alimlər izah ediblər ki, hazırda Yer kürəsində monitorinq miqyasında “güclü” olan G3 səviyyəli maqnit qasırğası davam edir.

Qeyd edək ki, Yer kürəsində may ayının ilk maqnit qasırğası ayın 3-də gözlənilirdi.

Alimlər 2024-cü ildə Günəşdə yeni aktivliyin pik həddinə çatacağını və bunun da maqnit qasırğalarının sayının artmasına səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Günəş dövrü doqquz ildən 14 ilə qədər davam edə bilər və sonuncu günəş maksimumu 2013-cü ildə qeydə alınıb.


Abunəlik