Ermənistan müxalifəti xarici səfirləri qapalı görüşə çağırdı: Məqsədləri nədir?

Baxılıb:106
Ermənistan müxalifəti xarici səfirləri qapalı görüşə çağırdı: Məqsədləri nədir?

Ermənistan parlamentinin müxalif fraksiyaları – “Hayastan” və “Mənim şərəfim var” Ermənistanda akkreditə olunmuş səfirləri və respublikada demokratiya və insan haqlarının müdafiəsi proqramlarını maliyyələşdirən beynəlxalq təşkilatların nümayəndələrini qapalı görüşə çağırıblar.

Bu barədə jurnalistlərə parlamentin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan məlumat verib.

Minasyan qeyd edib ki, deputatlar onların fəaliyyətlərinin və maliyyələşdirdikləri layihələrin son məqsədinin nə olduğunu anlamaq istəyirlər.

“Görüş ona görə vacibdir ki, bizdə belə bir təəssürat yaranıb ki, onların Ermənistandakı vəziyyətlə bağlı heç bir məlumatı yoxdur və ya hakimiyyət onların əlaltıları tərəfindən yayılan yalan məlumatların təsiri altındadırlar”, – Minasyan bildirib.


Abunəlik