Qaravəllər kənd sakinlərinin iddiadır ilə bağlı AÇIQLAMA -VİDEO

Baxılıb:932
Qaravəllər kənd sakinlərinin iddiadır ilə bağlı AÇIQLAMA -VİDEO

Ağcabədi rayonu Qaravəlli kəndinin bir qrup sakininin saytımıza etdiyi müraciətdə 5 nömrəli Regional Sukanal İdarəsinin rəisi Azər Bayramov haqqında iddialar səsləndirmişlər. Məsələ ilə bağlı AzTimes.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov münasibət bildirib:
” Ağcabədi Sukanal Sahəsi Ağcabədi rayonu Qaravəlli kənd sakinlərinin müraciəti ilə əlaqədar bildirirəm ki, vətəndaşların əkin sahəsi İdarənin balansında olan Yuxari Qarabağ kanalından su götürən 2 aqreqatı Qaravəlli Nasos stansiyası vasitəsi ilə suvarma suyu ilə təmin olunur .
Sözü gedən nasos stansiya 2 aqreqatlıdır, 170 ha əkin sahəsinə xidmət edir.
Hər iki aqreqatı saz və işlək vəziyyətdədir.
N/S in işləmə qrafikinə uyğun olaraq səhər saat 9:00 -dan axşam saat 19:00 -a kimi işlədilir. Vətəndaşların əsas istəyi Nasos stansiyanın 24 saat fasiləsiz işləməsidir. Bu da Aqreqatların tez sıradan çıxmasına səbəb olduğundan işləməsi məqsədə uyğun deyil.
Vətəndaşların idarə rəhbəri haqqinda yazdıqları şər və böhtan xarakterlidir.”

Sözügedən videonu sizə təqdim edirik:


Abunəlik