Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib”.
Bu barədə “Reuters” xəbər yayıb.
Bildirilir ki, kontingentin qalan hissəsinin mayın sonuna kimi Qarabağı tərk edəcəyi gözlənilir.
“Sülhməramlıların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyoru (BTR82A) və 380 digər texnikası Azərbaycan ərazisindən çıxarılıb”, – deyə məlumatda vurğulanıb.