Bu kəndin sakinləri sahələri suvarmaq üçün təyyarələrin alınmasını xahiş edəcək- Potu kəndinin bələdiyyə sədri vəzifəsindən məlumatlıdır?
Göyçay rayonunun Ulaşlı-şıxlı kəndində bir qrup sakin su problemi yaşayır. Sakinlərə məxsus həyətyanı sahələrə gedən su bərəsi fərdi şəxs tərəfindən düzlənərək ərazisi zəbt edilib.Bunu edən kənd sakini Teymur Baxışov öz həyətindən su verməyəcəyini bildirir. Vətəndaşın haqqıdır. Buna bir söz deyə bilmərik. Amma bu məsələləri yoluna qoymaq üçün çəpik çalınaraq ” seçilən” bələdiyyə sədri Zamiq İbrahimov nə işə baxır. Bu adam anlamırmı ki, heç bir gəlir yeri olmayan, gözünü bəlkə də bu sahədən gələn gəlirə digər sakinlərin arzusunu, ümidini puç edir? Hörmətli Zamiq bəy bilirmi ki, bələdiyyə sədrinin vəzifəsi keçirilən iclaslarda şişirdilmiş hesabatları pafosla üzündən oxumaq, torpaq vergisini köpüyunə kimi yığmaqdan ibarət deyil? Həftələrlə ərazinin xəritəsini ortaya çıxara bilməyən sədr nəyə görə hələ də zəbt edilən torpaqları təyin edə bilmir? 35 ildir eyni su hərəsindən istifadə edərək ərazilərini suvaran sakinlər indi əlacız qalaraq icra başcısından sahə suvaran təyyarələrin təşkili üçün xahişə hazırlaşırlar.