Sumqayıtda FACİƏ: Qaynar çaydan körpənin üzərinə aşdı

Baxılıb:198
Sumqayıtda FACİƏ: Qaynar çaydan körpənin üzərinə aşdı

Sumqayıt şəhərində uşaq bədbəxt hadisə nəticəsində yanıb.

AzTimes.az “Report”a istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayon, ev 37, mənzil 21-də qeydə alınıb.

Mənzildə nəzarətsiz qalan 1,4 yaşlı Turqay Qayıbxanovun üzərinə içi qaynar su ilə dolu çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri alıb. Yaxınları dərhal körpəni Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. İlkin tibbi müdaxilə edilib. Ona I və II dərəcəl termik yanığı diaqnozu qoyulub. Ancaq valideynlərinin təkidi ilə azyaşlı xəstəxanadan çıxarılaraq digər tibb müəssisəsinə aparılıb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir