“Atamın psixi durumu ilə bağlı ziddiyyətli arayışlar var” – İbrahim Tatlısəsin oğlu

Baxılıb:99
“Atamın psixi durumu ilə bağlı ziddiyyətli arayışlar var” – İbrahim Tatlısəsin oğlu

Nəvəsi Mertə qarşı iddia qaldıran və “Evimi işğal edir” deyərən türkiyəli məşhur müğənni  İbrahim Tatlısəs yenə gündəm olub.

Müğənni oğlu Ahmet Tatlısəsin sosial media hesabında etdiyi paylaşımlara səssiz qalmayıb.

“Aramızda saxlama” verilişinə danışan Tatlısəs “Ahmeti mirasımdan məhrum edəcəm. Ona verdiyim 7 dükanı xarabaya çevirdi. Qardaşlarının malına çökmək istəyir. Artıq belə kefi olmayacaq” deyib. Atasının ardınca Əhməd Tatlısəs də vəkili vasitəsilə yazılı açıqlama yayıb.

Əvvəlcə onu deyək ki, İbrahim Tatlısəs Ahmet Tatlısəsin oğlu Mert Tatlı ilə məhkəməlik olub və nəvəsini məhkəmə qərarı ilə evdən çıxarıb. Hadisədən sonra da Kanal D Haber-ə danışan İbrahim Tatlısəs, “Evim olduğu halda onu qızıma verə bilmirəm. Belə bir şey olar? İndi verəcəm, amma… Nəvəmlə aramızda heç bir problem yoxdur, amma bundan sonra ola bilər. Mən bütün uşaqlarıma baxdım. Ahmet əvvəl atalığı öyrənəcək. Mənim öz övladım kirayədə qalarkən, nəvəyə ev verə bilmərəm” deyib.

Ahmet Tatlısəs İbrahim Tatlısəsin açıqlamalarından sonra sosial media hesabında susqunluğunu pozub. “Atalığınızla təkcə mənə deyil, digər övladlarınıza, daha doğrusu, bacı-qardaşlarıma da ağır travmalar yaşatdınız. Ahmet Tatlısəs atasına qarşı od püskürüb. Onun vəkilinin açıqlaması gündəmə bomba kimi düşüb:

“Son günlərdə cənab Ahmet Talıses və İbrahim Talıses arasında gedən hüquqi proseslərlə bağlı ictimaiyyəti düzgün məlumatlandırmamız zərurətə çevrildi. İbrahim Talısəsin ruhi sağlamlıq durumu ilə bağlı bir-birinə zidd olan üç sağlamlıq arayışı var. Ən əhatəli tibbi müayinə Sağlamlıq hesabatları Ege Universiteti Tibb Fakültəsi Ruh Sağlamlığı və Sinir Xəstəlikləri Fundamental elm sahəsi tərəfindən aparıldı. Müayinə nəticəsində İbrahim Tatlısəsin tam olaraq stabil olmadığı bildirildi”.


Abunəlik