EVİMİZDƏ SAXLANILMASI YANLIŞ OLAN ƏŞYALAR

Baxılıb:438
EVİMİZDƏ SAXLANILMASI YANLIŞ OLAN ƏŞYALAR

Evimizdə bəzi əşyaları saxlayırıq. Bəzən onların hansı enerjinin daşıyıcısı olduğunu düşünmədən evimizin ən gözəl yerini onlar üçün ayırırıq. Amma onların evimizdəki enerji frekansını necə pozduğunu/qısaqapanma yaratdığını/ düşünmürük.
Uzatmadan evdə saxlanılması məqbul görünməyən, hətta energetik olaraq təhlükə saxlayan bəzi əşyaların siyahısını deyim:
1. Köhnə/sınmış saat;
2. Köhnə əşya( özündə saxladığı enerjini bilmirik );
3. Köhnə şəkil/portret/, xüsusilə, bu dünya ilə əlaqəsi olmayan(ölmüş) şəxslərin portreti. Çünki şəkil çox güclü enerji daşıyıcısıdır. Ondan həm terapiyadada, həm də qara magiyada istifadə edildiyini görmüşük, bilirik.
4. Dünyasını dəyişən insanların əşyaları – bunlar sahibinə məxsus enerjini özündə saxlayır. Heç birimiz sahibin bu dünyada hansı enerji ilə yaşadığını bilməmişik.
5.Qəbirdən gətirilən əşya- bu da məsləhət görülmür.
6. Köhnə qəzet.
7. Suvenir hədiyyə (ona hansı proqramın ” yükləndiyini” bilmirik);
8. Heyvan skeleti.
9. İşləməyən, xarab lampa.

10. Və ən dəhşətlisi – KÖHNƏ/QƏDİM GÜZGÜ. Əvvəlki yazılarımda da qeyd etmişəm – heç bir əşya güzgü qədər sahibinə məxsus informasiya və enerjini saxlaya bilmir.
Evinizdə köhnə və sınmış güzgünü əsla saxlamayın. ÇÜNKİ ƏSL SAHİBİNİN şəxsi enerjisini özündə saxlayacaq. Hətta daraq belə onun qədər güclü yaddaşa malik deyil.
Şəxsi GÜZGÜnüz qarşısında mübahisə etməyin. Ona kədərli və ağlayaraq baxmayın.
Güzgü həmçinin dünyalar arasında keçid hesab edilir.
Əgər evinizdə köhnə/qədim güzgü varsa, onu atın, əgər bu, mümkün deyilsə, üzüqoyulu halda evin az girdiyiniz otağının qaranlıq küncünə qoyun .
GÜZGÜ İLƏ ZARAFAT ETMƏYİN. ÇÜNKİ ORDAKI – SİZ DEYİLSİNİZ.
Aygün Sadiq /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir