Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI – İrəvandan xüsusi polis qüvvələri göndərildi

Baxılıb:218
Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI – İrəvandan xüsusi polis qüvvələri göndərildi

“Xüsusi polis qüvvələrinin Kirantsa getdiyi, yolu açmaq üçün güc tətbiq etməyə hazırlaşdıqları barədə xəbərlər var, lakin kəndlilər yerində qalmağa davam edirlər”.

Bu barədə Milli Assambleyanın “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan məlumat verib.

Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.


Abunəlik