İrəvan kapitulyasiyaya imza atacaq: Əliyevlə Paşinyan “kulis”də nəyə razılaşıb?
“Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının müzakirələri Paşinyan və Əliyevin “kulis” razılaşmalarının vitrinini təşkil edir”.
Bu barədə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
Onun iddiasına görə, Ermənistan hakimiyyəti Tavuşdakı əraziləri (Qazaxın işğal altında qalan kəndləri-red) delimitasiya çərçivəsidə Azərbaycana verməyə razılaşmaqla növbəti kapitulyasiyanı imzalamağa hazırlaşır.
“Baş nazirin müavini Qriqoryan bu məsələdə hələlik konsensusun olmadığını desə də, Paşinyan artıq Əliyevin bütün tələblərini birtərəfəli qaydada icra etməyə razılaşıb”, – o bildirib.