İran yeni savaşa hazırlaşır – 2 bölgə üçün dəhşətli müharibə anonsu

Baxılıb:122
İran yeni savaşa hazırlaşır – 2 bölgə üçün dəhşətli müharibə anonsu

Suriyada iranlı generalın öldüyü hava hücumundan sonra bölgədə gərginlik pik həddə çatıb. ABŞ prezidenti Co Bayden Tehranın mümkün cavab tədbiri qarşısında İsrailə dəstək vəd edib.

Hər iki ölkəni yaxından tanıyan Yaxın Şərq üzrə ekspert professor Bassam Tibi “Haber Global”a bu hadisələri şərh edib. O, artan gərginliyin həll yolu üçün beynəlxalq ictimaiyyətin Fələstini tanımağa addım atmasının lazım olduğunu vurğulayıb:

“Təkcə İran-İsrail deyil, Yaxın Şərqdəki bütün münaqişələrin əsasında ölkələrin milli, dini və ya tarixi ərazi iddiaları ilə öz təsir dairələrini və maraqlarını qorumaq və genişləndirmək səylərini görürük. Bütün gərginliklər son nəticədə bu üç təməl üzərində qurulacaq. Biz bunu Tehranla Qüds arasındakı hazırkı gərginlikdə görürük. Vəkil təşkilatlar və ya ordular vasitəsilə aparılan hər mübarizədə mənbə ölkələr zərər görür”.

Politoloqun sözlərinə görə, regionun hazırkı vəziyyətində münaqişələrin ölkələr arasında böyük müharibəyə çevrilməsi riski azdır.

“Rusiyadan Çinə, ABŞ-dan Türkiyəyə qədər bir çox güclər regionda öz balanslarını axtarırlar. İsrailin hücumunda bir general həlak oldu, lakin 2020-ci ildə İranın əsas generalı, Qüds Qüvvələrinin komandanı Qasım Süleymani də ABŞ tərəfindən öldürüldü. Düşünürəm ki, Tehran HƏMAS və ya Husilər kimi təsir gücünə malik olan qüvvələri daha aqressiv istiqamətə itələyəcək. Ona görə də həm Aralıq dənizinin şərqində, həm də Qırmızı dənizin cənubunda daha sərt proses baş verə bilər”, – Tibi bildirib.


Abunəlik