2024-cü ilin ilk Günəş tutulması hansı gün olacaq?
2024-cü ilin ilk tam Günəş tutulması aprelin 8-də olacaq və ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək.
Tutulma Meksika, ABŞ və Kanadanın bəzi bölgələrində təxminən 186 kilometr enində bir traektoriya üzrə keçəcək.
Günəş tutulmasına şahid olmaq istəyən çox sayda insan tutulmanın göründüyü bölgələrə axın edir. Dallas, İdabel, Littler Rok, Poplar Blaff, Paducah, Karbodal, Evansvill, Klivlend, Erie, Buffalo, Burlington, Lankaster və Caribou tutulmanın müşahidə oluna biləcəyi şəhərlər arasında öndə gəlirlər.
Ay tutulmasının təsiri bəzi bölgələrdə saniyələr, bəzi bölgələrdə isə 4 dəqiqədən çox davam edəcək.