“Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Bravo marketlər şəbəkəsinin baş ofisində görüş keçirilib.
Görüşdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri,əməkdaşları,sosial iş üzrə istehsalat təcrübəsi keçən tələbələri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri Bravo marketlər şəbəkəsinin əməkdaşları ilə görüşərək fikir mübadiləsi aparıb.Əlavə olaraq onlarla motivasiya və özünü inkişafla bağlı fikir mübadilələri aparılaraq istiqamətləndirici tövsiyələr verilib.
Keçirilən görüşün əsas məqsədi birliyin nəzdində olan uşaq sığınacağının sakinlərinin gələcəyə inamlı addımlarla qədəm qoymaqlarına töhfələr verməkdir.
Qeyd edək ki,Bravo marketlər şəbəkəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə daimi əməkdaşlıq edərək təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə mütəmmadi olaraq qida və qeyri-qida dəstəyi göstərir.