Qubada narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Baxılıb:108
Qubada narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri keçirilib
   Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkotik vasitələrin mənfi təsirləri barədə məlumatlandırmaq məqsədilə Quba rayonunun Pirvahid kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən polis şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb. Onları sağlam həyat yaşamağa və gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Həmçinin çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.


Abunəlik