Erməni biznesmenlər təşvişdə: Rusiya elə bir zərbə hazırlayır ki…

Baxılıb:108
Erməni biznesmenlər təşvişdə: Rusiya elə bir zərbə hazırlayır ki…

Ermənistan hakimiyyətinin anti-Rusiya addımları işgüzar dairələrdə təşviş yaradıb. 

Bu barədə “Hraparak” qəzeti yazır.

“Hətta hökumətyönlü iş adamları da bundan yaxşı heç nə gözləmirlər. Bizə bildirdilər ki, adıçəkilən çevrə artıq Moskvadan Nikol Paşinyana yaxın sahibkarlara qarşı sanksiyaların yaxın vaxtlarda tətbiq ediləcəyi ilə bağlı mesajlar alıb”, – nəşr qeyd edir.

Nəşr əlavə edir ki, Larsdakı qadağalarla yanaşı, onların məhsulları üçün Rusiya bazarı da bağlanacaq, Rusiyadan imtinanın nəyə gətirib çıxara biləcəyini göstərmək üçün vergi və digər tədbirlər görüləcək: “Rusiya hakimiyyəti Brüssel görüşünü gözləyir, ondan sonra Ermənistan hakimiyyətinin seçimi bəlli olanda bu addımlar praktiki forma alacaq”.


Abunəlik