Ermənistan bu tarixdə Azərbaycana hücum edəcək: Gürcüstandan sensasion xəbərdarlıq

Baxılıb:111
Ermənistan bu tarixdə Azərbaycana hücum edəcək: Gürcüstandan sensasion xəbərdarlıq

Ermənistan qondarma “soyqırımı”nın ildönümü (24 aprel) ərəfəsində Azərbaycana hücum edə bilər.

Bu barədə Gürcüstan mediası yazıb.

Georgi Mazniaşvili imzası ilə yayımlanan məqalədə Ermənistanın Azərbaycan sərhədlərinə qoşun cəmləməsindən və Cənubi Qafqazda geosiyasi toqquşmadan bəhs olunur. Qeyd edilir ki, Ermənistan “köhnə müttəfiqi” Rusiyadan imtina edir və yeni “patronlarını” – ABŞ və Fransanı regiona dəvət edir.

“Erməni millətçilər müttəfiqlərini yeni ərazilərin işğalı və “böyük Ermənistan” qurmaq məqsədilə dəyişir. Tarix bunu deməyə əsas verir. Rusiya Ermənistanın öz sərhədləri daxilində təhlükəsizliyini təmin edir, lakin onların yad torpaqları işğal etmək planlarından imtina edir. Buna görə də Ermənistanda rusofobiya dalğası başlandı. İndi ABŞ və Avropa İttifaqı ilə “təhlükəsizlik çətiri” haqqında saziş imzalayacağı Brüssel görüşü ərəfəsində Ermənistan regionda təhlükəsizliyi şübhə altına almaq və müharibəyə başlamaq üçün hər şeyi edir. Qərbyönümlü erməni millətçiləri üçün vaxt daralır. Noyabrda ABŞ-da prezident seçkiləri var. Bu o deməkdir ki, yayın sonu, payızın əvvəli ABŞ-ın Ermənistana ayırmağa vaxtı olmayacaq.

Demokratlar partiyasından olan Co Bayden Ağ Evdə olduğu müddətdə erməni lobbisini dinləməyə meyillidir, lakin onun seçkidə yenidən qalib gələcəyi şübhə altındadır. Erməni millətçiləri qorxurlar ki, 2020-ci il Qarabağ müharibəsində “səssiz” qalan Tramp yenidən prezident seçilsin. Tramp Baydendən fərqli olaraq, daha çox anti-İran mövqeyinə sahibdir. Əgər o seçilsə, o zaman İrana qarşı ABŞ-Ermənistan müttəfiqliyi yaranacaq, bu halda Tehran İrəvana dözməyəcək. Bu situasiyada Ermənistan yeni “patronlarını” bölgəyə gətirmək və “təhlükəsizlik çətiri” qazanmaq üçün eskalasiyaya gedə bilər. Bunu qondarma “soyqırımı” ərəfəsində edə bilərlər”, – məqalədə bildirilir.


Abunəlik