Rusiyada təbii fəlakətlərin sayı ARTDI

Baxılıb:94
Rusiyada təbii fəlakətlərin sayı ARTDI

2023-cü ildə Rusiyada təbii fəlakətlərin sayı 2022-ci illə müqayisədə 22 faiz artıb.

Bu barədə “Roşidrometin” ölkədəki iqlimin xüsusiyyətlərinə dair yeni hesabatında deyilir.

Ötən il ekspertlər 1191 təhlükəli hidrometeoroloji hadisə qeydə alıblarsa, bir il əvvəl onların sayı 976 olub. 2023-cü il göstəricisi son 16 ildə ikinci ən yüksək göstərici olub. 2021-ci ildə 1205 hadisə qeydə alınıb.

Zərərlərin böyük hissəsi sel, leysan yağışları və güclü külək nəticəsində baş verib. Bundan əlavə, dolu 123 faiz, anomal soyuq hava və şiddətli şaxta 73 faiz, çox güclü yağıntılar 49 faiz, şaxta 36 faiz, çox güclü külək 22 faiz artıb. Eyni zamanda, anormal istilik 48 faiz daha az müşahidə olunmağa başlayıb.

Daha əvvəl bildirilmişdi ki, istiləşmə və hava fəlakətləri bütün dünyada məhsulların bahalaşmasına səbəb ola bilər.


Abunəlik