Xaçmaz polisi 31 mart soyqırımı ilə əlaqədar yürüş təşkil edib

Baxılıb:524
Xaçmaz polisi 31 mart soyqırımı ilə əlaqədar yürüş təşkil edib
Aztimes.az xəbər verir ki,Xaçmaz Rayon Polis Şöbəsində  31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub.

Əsrlər boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirilən soyqırımları, genosid və qətliamlar, həmçinin erməni vandalizmi haqda söhbətlər aparılıb.

Daha sonra RPŞ-nin rəhbərliyi yürüş təşkil edərək Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarətdə RPŞ-nin rəisi, polis polkovniki Həmid Həsənov, rəis müavinləri, eləcə də digər əməkdaşlar iştirak ediblər.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.


Abunəlik