Paşinyan Qazaxın kəndlərindən danışdı: “Tanınmış sərhədlərdən kənarda…”
“Bizim hökumətin adıçəkilən kəndlərin əraziləri ilə bağlı heç vaxt ambisiyaları olmayıb və bu gün də yoxdur”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşatda keçirilən “Vətəndaş Müqaviləsi” partiyasının Təşəbbüs Qrupunun iclasında Bakının tələb etdiyi kəndlər haqqında danışarkən bildirib.
“Bizim siyasi mövqeyimiz, mesajımız ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərindən kənarda heç bir iddiası yoxdur”, – o, əlavə edib.